Şənbə , Aprel 1 2023
Ana səhifə / Araşdırma / İmişlidə bankın binasına qaz balonu atdılar

İmişlidə bankın binasına qaz balonu atdılar

Dünən İmişli rayonunda Unibankın binası önünə qaz balonu atıblar.

Avropa.info-nun əməkdaşı Saleh Qafarlının  verdiyi məlumata görə, bankın önünə atılan qaz balonunun partlaması nəticəsində xəsarət alan olmayıb.

Hadisənin axşam saat 21 radələrində baş verdiyini deyir.

İmişli rayon Polis İdarəsi gücləndirilimiş iş rejiminə keçib. Polis rayondakı obyektlərin mühafizəsini gücləndirib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışına başlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Verilən məlumata görə,  qaz balonunun partladılması ilə bankın inzibati binasına da zərər dəyməyib.

Həmçinin oxuyun

Vəzifəsini itirəndən sonra yatağa düşən məmurlar – ARAŞDIRMA

Uzun illər vəzifədə çalışan, daha sonra işini itirən məmurların mənəvi cəhətdən sarsılaraq yatağa düşmələri Azərbaycanda …

Bir cavab yazın