Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə təkrar baxılacaq

İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə təkrar baxılacaq

Apellyasiya Məhkəməsi İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə təkrar baxılacaq
Fevralın 25-də saat 14.30-da Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, publisist Tofiq Yaqublunun işinə təkrar baxılacaq
Vəkil Fuad Ağayev “Amerikanın Səsi”nə bildirib ki, dinləmələr məhkumların iştirakı olmadan keçiriləcək. İ.Məmmədov və T.Yaqublu özləri xahiş ediblər ki, proses onların iştirakı olmadan keçirilsin.
Oktyabrın 13-də Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.
Hələ bir il öncə Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxllması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ötən ilin noyabrında AİHM T.Yaqublunun da şikayətini təmin edib.
İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Lakin onlar ittihamı uydurma və siyasi motivli hesab edirlər. Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın