Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “İlqar Əliyevdən sonra növbə mənimdir” – Akif Çovdarov

“İlqar Əliyevdən sonra növbə mənimdir” – Akif Çovdarov

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov səhhəti ilə bağlı şikayət edib: “Dünən təcridxanada MTN-in Əks Kəşfiyyat Şöbəsinin rəisi Mirəziz Əsgərovun səhhəti pisləşdi. O, insult keçirdi və ağır ürəkçatışmazlığı diaqnozu ilə Müalicə Müəssisəsinə aparıldı. Mirəziz Əsgərov dəfələrlə müalicə olunmasını tələb etsə də, ona heç bir həkim-kordioloq tibbi yardım göstərmədi. Məndə eynilə bu xəstəliklərdir, İlqar Əliyev də bu xəstəliklərdən “getdi”. İndi də Mirəziz, sonra da növbə mənimdir. İnsan nə qədər yazar, bütün yerlərə yazmışıq ki, bizi müayinə edin. Məhkəmə deyir mənlik deyil, İdarə deyir mənlik deyil”.

Xatırladaq ki, həbsdə olan MTN polkovniki İlqar Əliyev təcridxanada intihar edib.

S.Məmmədovun vəkili Cavid Rzazadə səhhəti ilə bağlı iclasa qatılmadığı üçün proses fevralın 20-də davam etdiriləcək.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın