Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / İlham Mirzəyevin vəkili İnterpol xətti ilə axtarışa verildi (FOTO)

İlham Mirzəyevin vəkili İnterpol xətti ilə axtarışa verildi (FOTO)

Azərbaycanın tanınmış vəkili axtarışa verilib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1960-cı il təvəllüdlü Rəna Həsənli dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib, saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, R. Həsənli vəkillik fəaliyyəti ilə məşğul olub. O, həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını da müdafiə edib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın