Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / İlham Mirzəyevin apelyasiya şikayəti təmin olunmadı

İlham Mirzəyevin apelyasiya şikayəti təmin olunmadı

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə, hazırda həbsdə olan teleaparıcı İlham Mirzəyevin Xəzər rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Hazırda Binə qəsəbəsindəki 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İ.Mirzəyev cəzasının yarısını çəkdiyini əsas gətirərək cəzasının qalan hissəsini məntəqə tipli müəssisədə çəkmək üçün Xəzər Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb. Teleaparıcı bu qərardan apelyasiya şikayəti verib.

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama görə, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və bu haqda deyilənlərin yalan olduğunu bildirir. Nərimanov Rayon Məhkəməsi İ.Mirzəyevin barəsində 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın