Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / İlham Mirzəyev həbsdən buraxıldı

İlham Mirzəyev həbsdən buraxıldı

Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyev azadlığa buraxılıb.

Trend-in məlumatına görə, İ.Mirzəyev bu gün saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən evinə buraxılıb.

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edib və deyilənlərin yalan olduğunu bildirib.

Nərimanov Rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apellyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın