Ana səhifə / Araşdırma / İlhamənin oğlu ilə bağlı araşdırma davam edir

İlhamənin oğlu ilə bağlı araşdırma davam edir

Müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində baş müstəntiq Mehman  Ələsgərov tərəfindən araşdırılır. 
Musavat.com xəbər verir ki, ona dələduzluq faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci  (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başladılıb.
O, 2 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O.Nadirovla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, onun dostu Vüqar Bəkirov artıq təqsirləndirilən şəxs qismində həbs olunub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın