Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İlhamənin oğlu dindirildi

İlhamənin oğlu dindirildi

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun adının cinayət işində hallanmasının bəzi detalları məlum olub.

“ Azinforum.az ” xəbər verir ki, aznews.az-a daxil olan məlumata görə, fakt üzrə açılan cinayət işinə görə O.Nadirov artıq Binəqədi Prokurorluğuna çağırılaraq ifadəsi alınıb.

Məlumata görə, O.Nadirovun da adının keçdiyi cinayət işi Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Mehman Ələkbərovun icraatındadır.

Binəqədi rayon prokurorunun köməkçisi Fəridə Bayramova AzNews.az-a açıqlamasında İlhamə Quliyevanın oğlunun adının cinayət işində hallanması faktını təsdiqləyib: “Orxan Nadirovun adı başqa bir cinayət işində hallanır. Adı hallanan cinayət işiylə bağlı O.Nadirov çağırılıb və dindirilib”.

Xatırladaq ki, dünən sayt Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılması ilə bağlı məlumat yayıb. Məlumata görə, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Onu da bildirək ki, O.Nadirovun dostu Vüqar Bəkirov barəsində də cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın