Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Araşdırma / İlhamənin oğlu aeroportda saxlanılıb? – Yenilənib

İlhamənin oğlu aeroportda saxlanılıb? – Yenilənib

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılıblar.

“ Azinforum.az ” musavat.com-a istinadən xəbər verir ki, məlumata görə, xaricdən ölkəyə gələn Orxan Nadirovla Vüqar Bəşirovun saxlanılmasının səbəbi hələlik məlum deyil. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Yaxın saatlarda saxlanılanlar barəsində hansı tədbirlərin görüləcəyi məlum olacaq.

Qeyd edək ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

“Ekstazi işi”nin əsas fiqurantları sırasında O.Nadirovdan savayı Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlınin, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənovun və daha 11 nəfərin adı keçirdi.

İttiham aktına əsasən, onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurdular.

***

İlhamə Quliyeva isə Orxan Nadirovun saxlanmadığını deyib: O, AzNews.az-a bildirib ki, Orxan hazırda evdədir: “Orxan evdədir, dostu da onun yanında. Bu məlumat yanlışdır”.  İ.Quliyeva qeyd edib ki, oğlunun həbs xəbərinin yayılması ilə bağlı məlumatın arxasında onun bir neçə ay öncə həbs olunan köməkçisi Mebriban Hüseynovanın adamları dayanır: “Kürdəxanıda oturan qulluqçunun adamları bu xəbərləri yayır”.

Binəqədi rayon Polis İdarəsindən də Orxan Nadirov və Vüqar Bəşirov adlı şəxslərin saxlanılmadığı bildirilib.

İlhamənin oğlu aeroportda saxlanılıb? -  Yenilənib

 

Həmçinin oxuyun

Bakıda ana azyaşlı oğlunu niyə zəncirləyib? – Şok detallar + FOTO

Bakıda ana azyaşlı oğlunu zəncirləyib.Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad …

Bir cavab yazın