Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / İlhamə Quliyevanın sabiq köməkçisinin həbs müddəti uzadılıb

İlhamə Quliyevanın sabiq köməkçisinin həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsi xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə “Report”a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. O bildirib ki, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə M.Hüseynovanın həbs müddəti üç ay artırılıb.
Vəkil məhkəmədə iki vəsatətlə çıxış edib. Bunlar həbs-qətimkan tədbirinin uzadılmasına etiraz və M.Hüseynova barəsində çıxarılan həbsin ev dustaqlığı ilə əvəz edilməsi olub. Vəsatətlər təmin olunmayıb.
Qeyd edək ki, M.Hüseynova barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın