Ana səhifə / Araşdırma / İlhamə Quliyevanın oğlunun dostu axtarışa verilib

İlhamə Quliyevanın oğlunun dostu axtarışa verilib

Dələduzluqda təqsirləndirilən Vüqar Bəkirov barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, dələduzluqda günahlandırılan V.Bəkirovun axtarışa verilməsi və həbsi ilə bağlı qərarı Yasamal Rayon Məhkəməsi qəbul edib. Məlumata görə, bir neçə dəfə məhkəməyə çağırılan V.Bəkirov iclaslara gəlməyib və məhkəməyə gəlməməsi ilə bağlı heç bir səbəb göstərməyib. Bundan sonra Yasamal Rayon Məhkəməsi müvafiq qərar qəbul edib.

İlkin məlumata görə, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından dələduzluq yolu ilə pul alaraq, qaytarmayıb. Daha sonra Ü.Ələkbərova hüquq-mühafizə orqanlarına müraciət edib. İş üzrə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, V.Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İlhamə Quliyevanın keçmiş köməkçisi Hüseynova Mehriban Bəylər qızı barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə M.Hüseynova həbs edilib.

İlhamə Quliyevanın oğlunun dostu axtarışa verilib

Xatırladaq ki, V.Bəkirov barəsində cinayət işinin başlanılması barədə xəbəri qafqazinfo.az saytı yayıb.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın