Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İlhamə Quliyevanın evindən oğurluq edilib – Bacısından şok ittiham

İlhamə Quliyevanın evindən oğurluq edilib – Bacısından şok ittiham

Mərhum xalq artisti İlhamə Quliyevanın evindən oğurluq olub.

Bunu xalq artistinin bacısı Gülbahar Quliyeva deyib. O bildirib ki, artıq bu hadisəylə bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna müraciət olunub: “İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur. Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülki bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır”.

İ.Quliyevanın bacısı “bu oğurluğa görə kimdən şübhələnirsiniz?”, – sualına isə bu cür cavab verib:”Mən indi heç kəsin adını çəkmək istəmirəm. İlhamə xanımın evindən oğurluq edənləri gözümlə görüb, əlimlə tutmamışam. Prokurorluq, müstəntiq və dövlətimiz var. İş gedir. Qoy bütün bu işləri onlar müəyyən etsinlər”.
Lent.az

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın