Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / İlanlar kəndə hücum etdi – Sakinlər qorxu içində VİDEO

İlanlar kəndə hücum etdi – Sakinlər qorxu içində VİDEO

Təmas xəttinə yaxın kəndlərdə iri ilanlar peyda olub.

ARB TV xəbər verir ki, Tərtər rayonunun Qapanlı kəndində evlərdə ilanlar peydə olub. Bu ilanlar həm iriliyi, həm də insanlara hücumu ilə diqqət çəkib. Kənd sakini Məhəmməd Həsrətov ev quşlarına hücum edən ilanın birini öldürdükdən sonra, digər ilan həyətdəki uşağa xəsarət yetirmək istəyib.

Məhəmməd Həsrətov (kənd sakini) : “Qaz çığırdı, biz elə bildik pişikdir. Yaxınlaşıb gördük ki, ilan qazı tutmaq istəyir. Onu öldürdük, sonra ikinci ilan çıxıb həyətdəki uşağa hücum etmək istədi. Onu da öldürdük. Balaları dünən çıxmışdı, biz çatana kimi yuvalarına girdi”.

Kənd sakinlərinin sözlərinə görə, ilanların bu vaxt çıxmasına əsas səbəb ermənilərin təmas xəttində törətdikləri yanğınlar və tez-tez atəşkəsi pozmalarıdır.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın