Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İki uşaq anasının intiharının təfərrüatı: – “Məktubda yazıb ki…”

İki uşaq anasının intiharının təfərrüatı: – “Məktubda yazıb ki…”

Oğuzda iki uşaq anası Qəribə Mikayılovanın intiharı ilə bağlı bəzi məqamlar bəlli olub.

Bayan kənd sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, hadisə yanvarın 28-də baş verib:

“Qəribə ailəlidir, iki uşaq anasıdır. Uşaqları körpədir. Səhhətində heç bir problem olmayıb. Normal bir ailənin xanımı idi. Dolanışıqları da pis deyil, öz halal zəhmətləri ilə dolanırdılar. Həyat yoldaşı “Qlükoza” zavodunda işləyir. Qəribə ailəsi ilə birlikdə qaynatasının evində yaşayır. İntihar etməmişdən öncə bir məktub yazıb. Deyilənə görə, onu intihara aparan səbəb ailə münaqişəsidir”.

Qeyd edək ki, Oğuzda intihar hadisəsi olub. Rayonun Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılova özünü yaşadığı evin həyətyanı sahəsində asmaqla intihar edib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …