Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “İki dəfə məhkumluq həyatı yaşayan müəllimin diplomu saxtadır” – Məktəb direktoru

“İki dəfə məhkumluq həyatı yaşayan müəllimin diplomu saxtadır” – Məktəb direktoru

“İki dəfə məhkumluq həyatı yaşayan müəllimin diplomu saxtadır”.

Bunu “Report”un Qərb bürosuna Goranboy rayonunun Qızılhacılı kənd orda məktəbinin direktoru Mətanət Əliyeva bildirib.

M.Əliyeva qeyd edib ki, Bayram Nemanoğlu Eminov onun barəsində dedikləri həqqətə uyğun deyil: “Bəzi KİV-də həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Mənim rəhbərlik etdiyim məktəbdə informatika müəllimi kimi çalışan Bayram Eminov bəzi saytlara yalandan məlumat verərək guya mənə 1000 manat verərək onu məktəbə işə götürdüyümü bildirib. Bu mənə atılan şər-böhtandır. O, bu işə təyinatla gəlib. Daha sonra o müəllim işlədiyi zaman dələduzluqda ittiham olunaraq həbs olunub. Buna görə də məktəbdən kənarlaşdırlıb. Ümumiyyətlə, onun iki dəfə məhkumluq həyatı olub. Bayram Eminov hərbi xidmətdə olan zaman Gəncə şəhərində Müəllimlər İnstitutunun diplomunu alıb. Həmin diplom da saxta çıxıb. O, yenidən məktəbdə çalışmaq istəyir. O, 2015 ci ildən 2018-ci ilədək həbsdə olub. Bu ilin mart ayında şərti olaraq azadlığa buraxılıb. İndi həmin şəxs müəllimlik iddiasındadır. Buna nail ola bilmir deyə mənə şər-böhtan atır. Bəzi saytlar da mənim fikirlərimi öyrənmədən, məsələni araşdırmadan onun mənim haqqımda dediklərini dərc ediblər. Bu da mənim işimə, ailəmə, pisxologiyama mənfi təsir göstərir. Bayram Eminov 2013-cü ildə bu məktəbdə informatika müəllimi işləyən zaman dərsə günlərlə gəlmirdi, işinə laqeyd yanaşırdı. Buna görə də onun maaşından tutub onu əvəz edən müəllimə yazırdım. Belə olan halda, bizimlə mübahisə edirdi.

Günlərdi dərsə gəlməyən müəllimin arxasınca polis gəlmişdi məktəbə, məlum oldu ki, o şəxs müxtəlif adamlara onları işə düzəltmək və yaxınlarının test ballarını artıq yazdırmaq adı ilə pul alıb və dələduzluq edib. Bir gün o yenə günlərlə dərsə gəlmədiyi üçün müəllim kollektivi ilə məsləhətləşmə olub və onun bu işlərinə görə məktəbdən uzaqlaşdırmaq qərarına gəldik. Məktəbə gəldiyi gün, yəni 2013-cü ilin noyabr ayında pedaqoji şura keçirilib və özü də orda iştirak edib. Lakin bilərəkdən özü pedaqoji şuranı tərk edib getdi. Müəllim kollektivi də onun işdən çıxarılması üçün qərar verdi və işdən azad edildi. İndi həmin şəxs şərti azadlıqda olduğu zamanda, saxta diplomla yenidən burda müəllim işləmək istəyir. Bu məktəbdə hamı şahiddir ki, dəfələrlə Bayram Eminova işə düzlətmək adı ilə verdikləri pulu geri almaq üçün insanlar gəlir və məktəbdə mübahisə edirdilər. Bütün bu amillər onun işdən çıxarılmasına səbəb oldu. Mənim onunla heç bir problemim olmayıb. Mən Bayram Eminov barədə hüquq mühafizə orqanlarına və məhkəməyə şikayət etmişəm”.

Qeyd edək ki, Bayram Eminov Qızılhacılı 1 saylı kənd orta məktəbinə işə düzəlmək üçün məktəbin ondan 1000 manat rüşvət istədiyini iddia edir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …