Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Araşdırma / “İki dəfə vurdular, huşumu itirmədim, üçüncüdə…” – Sələmçi qadının evinə basqın

“İki dəfə vurdular, huşumu itirmədim, üçüncüdə…” – Sələmçi qadının evinə basqın

Ağstafa rayonunda 6 ay əvvəl qadının evinə basqın edən şəxslərdən biri həbs olunub.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi və Ağstafa rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da baş vermiş cinayətin üstü açılıb.

Rayon sakini Səmayə Baxşıyevaya məxsus evdən quldurluq yolu ilə 1800 manat və 13100 ABŞ dolları pul, habelə 1000 ABŞ dolları dəyərində qızıl əşyaları aparmaqda şübhəli bilinən Yenigün kənd sakini Nəsib Tağıyev tutulub, daha 1 nəfər müəyyən edilib.

Bu il mayın 16-da iki naməlum şəxs Poylu qəsəbə sakini, 1947-ci il təvəllüdlü Səmayə Baxşıyevanın evinə daxil olub, onun əl-ayağını bağlayaraq pul tələb ediblər. Zərərçəkənin sözlərinə görə, heç nə söyləmədiyi üçün onu döyərək müxtəlif bədən xəsarətləri yetiriblər: “Bir dəfə vurdu, huşumu itirmədim. İkinci dəfə vurdu, gördü yenə huşum itmir. Üçüncü dəfə vuranda gördüm ki, huşum gedir, tez özümü bicliyə vurdum. Düşündüm ki, əgər huşumu itirməsəm, məni öldürəcəklər”.

Qadının huşdan getdiyinə əmin olar quldurlar evi axtarmağa başlayıblar. Səmayə Baxşıyevanın dediyinə görə, naməlum şəxslər mənzildən manatla və dollarla nağd pul, eləcə də qızıl-zinət əşyaları aparıblar: “Birtəhər ağzımı açdım, qışqırdım. Gördüm səs yoxdur. Birtəhər qolumu açıb, yüyürdüm aynanın qabağına”.

Müxtəlif xəsarətlər alan 69 yaşlı qadın oğruların getdiyinə əmin olduqdan sonra qonşuları köməyə çağırıb. Qadına ilk yardım göstərilib və dərhal polisə məlumat verilib. Hazırda yalnız təqaüd aldığını deyən zərərçəkən sələmə pul verdiyini də etiraf edib. O, evinə basqının da məhz pula görə edildiyini bildirir.

Quldurlar istifadə etdikləri əşyalardan bir neçəsini – “skoç”, maska və digər ləvazimatları hadisə yerində qoyublar.

Faktla bağlı cinayət işi başlanıb.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın