Ana səhifə / Araşdırma / İki bacının evindən odlu silah götürüldü

İki bacının evindən odlu silah götürüldü

Cəlilabadda iki bacının evlərindən odlu silah götürülüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları Cəlilabad şəhər Səməd Vurğun küçəsi, ev 75 ünvanında yaşayan Yaqut Hüseynovanın evinə baxış keçiriblər. Mənzildən tapança aşkarlanıb.

Yaqut Hüseynovanın yaxınlıqda yaşayan bacısı Zümrüd Əliyevanın da evindən isə işarəverici siqnal tipli tapança götürülüb. Silahların müvafiq sənədi olmadığı müəyyənləşib.Qadınlar silahların onlara babalarından qaldığını bildiriblər.

Fakt araşdırılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın