Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İki aya 1 milyondan çox pul qazandılar – Hara xərclənəcək?

İki aya 1 milyondan çox pul qazandılar – Hara xərclənəcək?

Bakı Nəqliyyat Agentliyi ay yarım ərzində dayanma-durma qaydasının pozulması ilə bağlı 53 min protokol yazıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu agentliyin rəhbəri Vüsal Kərimli hesabat konfransında açıqlayıb.

Hər bir protokola görə sürücüyə 20 manat cərimə yazılır. Belə ki, bu müddət ərzində 1 milyon manatdan çox məbləğdə cərimə yazılıb. Bəs bu pulların taleyi necə olacaq? Dövlət büdcəsinə köçürüləcək, yoxsa agentliyin saxlanmasına sərf olunacaq?

BNA-nın sözçüsü Mais Ağayev bu sualı cavablandırmasa da, agentliyin saytında yerləşdirilən nizamnamədə bu məsələyə aydınlıq gətirilib. 

Belə ki, Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 6-cı bəndinin 2-ci bölməsində qeyd olunur ki, “Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır”.

Həmçinin, həmin bəndin 5-ci bölməsinə görə, BNA fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlərlə bağlı müstəqil sərəncam vermək hüququna malikdir.

Yəni, qanunsuz parklanmadan əldə olunan gəlir dövlət büdcəsinə yönləndirilmir, həmin pulların hara xərclənməsinə BNA özü qərar verir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …