Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “İhlas”dan işdən çıxarılan azərbaycanlı jurnalistlə bağlı qalmaqala – REAKSİYA

“İhlas”dan işdən çıxarılan azərbaycanlı jurnalistlə bağlı qalmaqala – REAKSİYA

Xəbər verdiyimiz kimi, Türkiyənin “İhlas” Xəbər Agentliyinin (İHA) Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın və Türkiyənin maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb.

Jurnalistin özü bunu “İhlas” rəhbərliyinin Moskvadan gələn tələb qarşılığında etdiyini bildirib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı İHA-nın baş ofisindən Modern.az saytına eksklüziv açıqlama verilib.

Sözügedən agentliyin mətbuat xidmətindən bildirilib ki, Fuad Abbasovla onların heç bir şəxsi problemi olmayıb. Buna baxmayaraq, son zamanlarda Fuad Abbasovla əməkdaşlığa ehtiyac qalmadığı söylənilib:

“Biz onunla yaxşı işləyirdik. Amma son vaxtlar onunla işləmək ehtiyacını hiss etmədik. Bu səbəbdən də biz Fuad Abbasovu işdən çıxardıq”.

Qeyd olunub ki, Fuad Abbasov İHA-nı tələb olunan videokadrlarla təmin etməyib:

“İHA-nın dünyanın hər tərəfində müxbirləri var və onlar videogörüntü ilə agentliyi təmin edirlər. Biz görüntüyə çox böyük önəm verən xəbər agentliyik. Amma videokadrların hazırlanması məsələsində bir çox nöqsanlar var idi. Buna görə də, Fuad bəylə işləməməyə qərar verdik. Özündən həmişə məmnun olmuşuq. Heç bir problemimiz olmayıb”.

“Bəs digər səbəb Fuad Abbasovun Rusiya televiziyalarında Türkiyəni açıq şəkildə müdafiə etməsi deyil ki” sualına isə İHA-dan belə cavab verilib:

“Belə bir səbəb yoxdur. Fuad Abbasov onsuz da həmişə Rusiya telekanallarında çıxışlar edib. Çox gözəl şəkildə də Türkiyəni və Azərbaycanı müdafiə edirdi. Bu məsələdə bizim onunla hər hansı problemimiz olmayıb”. 

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın