Ana səhifə / Araşdırma / İdarə rəisinin öldüyü qəzanın görüntüləri – Video

İdarə rəisinin öldüyü qəzanın görüntüləri – Video

Qazaxda yol qəzasında idarə rəisi öldü, bələdiyyə sədri isə yaralandı.

ARB Kəpəz-ə istinadən xəbər verir ki, Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib.

Oqtay Hüseynov “Mercedes” markalı minik avtomobilində idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Alov söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır. Onun sərnişini 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın