Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İcra Hakimiyyətinin eks-işçisinin güllələnməsi haqda – DİN-dən açıqlama

İcra Hakimiyyətinin eks-işçisinin güllələnməsi haqda – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Binəqədi rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı açıqlama verib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıblar.

Nəticədə daban nahiyyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi RPİ 7-ci PB əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, güllələnən Qasımov Hüseyn Əli oğlu əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın