Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Araşdırma / İcra hakiminə ittiham: “Bizim pulumuzla prokuror oğlunu sahibkar edibsən”

İcra hakiminə ittiham: “Bizim pulumuzla prokuror oğlunu sahibkar edibsən”

“BİZİM PULUMUZLA PROKUROR OĞLUNU RESTORAN SAHİBİ EDİBSƏN” – SAHİBKARLARDAN İCRA BAŞÇISINA İTTİHAM 


Xəbər verdiyimiz kimi, Sumqayıt Dənizkənarı Bulvarın tikintisi üçün ayrılmış milyonlarla manat vəsaitin işgörənlərə çatmaması, həm narazılığa, həm də qalmaqallı məsələyə çevrilib. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı tikinti işlərini həyata keçirən sahibkarlar bütün dövlət qurumlarlna üz tutublar. Onların əsas tələbi gördükləri işin müqabilində çatacaq pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, geri qaytarılmasıdır. Qeyd edək ki, sözügedən qalmaqal hələ 3 il əvvəldən başlayıb. Daha doğrusu, Bulvarın tikintisi 2016-cı ildə bitsə də, Zakir Fərəcov sahibkarlara çatacaq milyonlarla manat pulu bu günə qədər verməyib. İş adamları bildirir ki, bu müddət ərzində dəfələrlə icra başçısı ilə görüşməyə cəhd ediblər, amma faydası olmayıb. Rəsmi qurumlara etdikləri müraciətlərə müsbət cavab gəlsə də, problem hələ də həllini tapmayıb. Onlar bildirir ki, son üzə çıxan 3.7 milyon manat məsələsi isə Zakir Fərəcovun onların haqqını yeməsinin bariz nüminəsidir. İcra başçısının müavini Gündüz Əliyevin bacısı oğlanlarının adına açdığı “Contraction Texnoloji” MMC-yə məhz Sumqayıtda bulvarın tikintisi üçün 3,7 milyon manatın ayrılması, həmin pula isə Zakir Fərəcov oğlunun adına restoran tikməsi dövləti saya salmamaq, onun puluna göz dikmək və mənimsəməkdir. Bu, biz sahibkarların haqqının yeyilməsidir. Necə ola bilir ki, bir icra başçısı dövlətin ayırdığı milyonları bu qədər arxayın və rahat mənimsəyə bilir? Bu adamlar həbs olunan həmkarlarının aqibətindən dərs çıxarmırlar? Anlamırlar ki, bu davranış uzun müddət davam edə bilməz?

Sahibkarlar bildirir ki, sözügedən 3,7 milyon manatla Zakir Fərəcov Sumqayıt Bulvarında oğlunun adına “Paseydon” adlı restoran inşa etdirib: “Zakir Fərəcov oğlu Pərvin Fərəcovun adına sənədləşdirdiyi “Paseydon” adlı restoranı bizim pulumuzla inşa etdirib. Halbuki burada iki qanunsuzluq baş verib. Birincisi, dövlətin pulunu mənimsəyib. İkincisi isə oğlu Pərvin Fərəcovun biznes sahibi olmaq hüququ yoxdur. Çünki Pərvin faktiki olaraq Nizami rayon prokurorunun müavini işləyir. Qanuna əsasən hüquq mühafizə orqanlarında çalışan şəxslərin bizneslə məşğul olması qadağandır və məsuliyyəti var. Bizə maraqlıdır, Zakir Fərəcov icra başçısı olmaqla, həm də qanunların yerdə işlənməsinə məsul olan şəxsdi. Amma həmin qanunu ayaqları altına atmaqla məşğuldur. Oğlunun bizneslə məşğul olmasının qadağan edildiyini bildiyi halda onun adına restoran keçirməsi nəinki qanun pozuntusu, eyni zamanda  bu ölkənin qanunlarını heçə saymaqdır”.

İş adamları deyir ki, bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edəcəklər. Onlar məsələnin araşdırılmasını, qanunun tələbinin yerinə gətirilməsini istəyəcəklər: “Zakur Fərəcovun oğlu bizneslə məşğuldursa, o prokurorluq orqanlarında işləyə bilməz. Biz də Baş Prokurorluğa müraciət edərək, Pərvin Fərəcovun işdən çıxarılmasını və haqqında qanuni ölçünün götürülməsini istəyəcəyik. Bizim halal pulumuzla biznes sahibi olan Zakir Fərəcov və oğlu mütləq və mütləq qanun qarşısında cavab verməlidirlər”.

Sahibkarlar vurğulayır ki, başqalarının puluyla övladına gəkəcək quran bir icra başçısı məmur deyil, tutduğu vəzifədən sui-istifadə edən biri, vicdan hissini unurmuş bir şəxsdir.:”Zakir Fərəcov bizim pulumuzla özünə və oğluna gələcək qurur. Bunun adı vicdan hissini itirməkdir. Eyni zamanda, Zakir Fərəcovun oğlu niyə bixim pullarla restoran sahibi olmalıdır? Niyə o, həm prokuror, həm də buznesmen sratusuna sahiblənməlidir? Niyə o və övladları bu imkanı qurmalı, lakin bizim kimi əziyyətə qatlaşmış insanların övladları ac qalmalı, onların ataları gördüyü işin müqabilində pulun ala bilmədiyi üçsn borclu olmalıdır? Bəlkə Zakir Fərəcov və oğlu göydən düşüb, bizim xəbərimiz yoxdur? Başqasının bədbəxtliyi üzərində qurulan xoşbəxtliyin ömrü uzun olmur”.

İş adamları sonda onu da bildiriblər ki, Zakir Fərəcovu da digər həbs olunan icra başçılarının aqibəti gözləyir: “Bu qədər qanunsuzluq edən, dövlətin malını, pulunu talayan, insanların haqqını yeyən bir icra başçısı mütləq cəzalanmalıdır. Biz buna tam əminik. Zakir Fərəcov təkcə, biz sahibkarların deyil, həm  də bu dövlətin düşməni kimi özünü aparır. Azca uzaqgörən adamlar da yaxşı bilir ki, Sumqayıtın icra başçısı çoxdan əndazələri aşıb və bu cəzasız qalmayacaq”.Qarşı tərəfin də mövqeyini dərc edə bilərik”.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …