Ana səhifə / Araşdırma / İcra başçısının sabiq müavini və bələdiyyə sədri məhkəməyə gətirildi – generalın məhkəməsi

İcra başçısının sabiq müavini və bələdiyyə sədri məhkəməyə gətirildi – generalın məhkəməsi

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Məhkəmə Kürdəmir epizodu üzrə davam edib. İttiham aktına görə Kürdəmirin Mollakənd kəndində Şehman İmanova məxsus “Xatirə” restoranı Akif Çovdarov və adamları tərədindən zorla ələ keçirilib.
Ötən prosesdə Ş.İmanov ifadə vermişdi. O, restoranı Çovdarovun təzyiqlərindən sonra Sədiyar Tağıyevə satdığını, sonuncunun isə qorxduğu üçün ölkəni tərk etdiyini deyib.
Bildirək ki, restoran Çovdarovun oğlunun adına yaradılan RAF MMC-nin torpaq sahələrinin ərazisinə yaxın olub. Həmin torpaq sahələrində Çovdarovun oğlu balıqçılıqla məşğul olub. Restoran torpaq sahələrinə gedən yolun üzərində yerləşdiyi üçün Çovdarov oranı almaq istəyib. Ancaq tərəflər razılaşmayıblar.
Bu gün davam edən məhkəmə prosesində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Əşrəf Rzayev ifadə verib.
O, sabiq icra başçısının müavini vəzifəsində çalışıb. Şahid Kürdəmirdə torpaq sahələrinin Çovdarova verilməsi haqda ifadə verib.
Ə.Rzayev bildirib ki, həmin dövrdə icra başçısı ondan bir nəfərə torpaq verilməsini istəyib. O da araşdırıb və həmin torpaq sahəsi boş olduğu üçün onu sənədləşdirib. Rzayev Çovdarovu, Çovdarov da Rzayevi tanımadığını məhkəmədə deyib.
Kürdəmir rayonun keçmiş bələdiyyə sədri Mətləb Rzayev də şahid qismində ifadə verib.
O da A.Çovdarovu tanımadığını deyib. M.Rzayev ifadəsində deyib ki, ələ keçirilən torpaq sahəsi ona məxsus olub. Şahid deyib ki, sabiq icra başçısı və müavini ona hədə-qorxu gələrək torpaq sahəsindən imtina etməyi tələb ediblər: “Biz də məcbur qalıb deyilənləri etdik”.
Məhkəmə prosesi günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın