Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Araşdırma / İCRA BAŞÇISININ RƏİS OĞLUNU GÜLLƏLƏYİBLƏR? – DİN-dən açıqlama

İCRA BAŞÇISININ RƏİS OĞLUNU GÜLLƏLƏYİBLƏR? – DİN-dən açıqlama

Mətbuatda yayılan məlumatlara görə, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin oğlu, Binəqədidə mühafizə polisinin rəisi Samir Xanbabayevin Qusarda güllə ilə vurulub:“Onu nazirlərdən birinin oğlunun vurduğu iddia edilir. Samir Xanbabayevi Qusar rayon xəstəxanasına çatdırıblar. Yaralının durumu ilə bağlı xəbəri dəqiqləşdirmək mümkün olmayıb. “Azadlıq”a məlumat verən şəxs iddia edir ki, onun Nabranda hansısa nazir oğlu ilə mübahisəsi düşüb, mübahisə gərginləşib və sonda güllə ilə danışmağa başlayıblar”.

Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. “Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir”-mətbuat xidməti bildirib.

Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.

Bu arada yaralandığı haqda şaiyə yayılan polis rəisinin özü də redaksiyaya zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. “Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır”-polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …

Bir cavab yazın