Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İcra başçısının qardaşı oğluna cinayət işi açıldı

İcra başçısının qardaşı oğluna cinayət işi açıldı

Bakıda vətəndaşların evlərini, maşınlarını və obyektlərini dələduzluq yolu ilə ələ keçirən dəstə aşkarlanıb.

Bu barədə “Qafqazinfo”ya vəkil Adəm Məmmədov məlumat verib.

A.Məmmədov qeyd edib ki, həmin şəxslər hədə-qorxu və şantajla, bəzən məhkəmələr vasitəsi ilə vətəndaşların əmlakları əllərindən alırlar: “Ən dəhşətlisi odur ki, vətəndaşlardan həmin əmlakları sözdə girov kimi götürürlər”.

Hal-hazırda Xətai RPİ-nin İstintaq şöbəsində bu iş üzrə dələduzluq nəticəsində külli miqdarda dəymiş ziyanla Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Vəkil bildirib ki, bu kriminal dəstənin prokurorluq orqanında çox ciddi nüfuzlu himayədarı peyda olub: “Bu iş üzrə başladılan cinayət işinə Balayev Xəyyam Nazim oğlu, Əliyev Sahib Usub oğlu, Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu cəlb olunub. Onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında vətəndaş M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçiriblər. Bununla yanaşı, ona avtomobil müqabilində pul vermədikləri halda, 300.000 manatlıq kredit müqaviləsini təhdidlə imzalatdırıblar.

Yalçın Abdullayev

Ən təəccüblüsü odur ki, kasıb, heç bir maliyyəyə sahib olmayan Sahib Əliyevin adına pulun faktiki sahiblərinin göstərişi ilə bir gündə iki milyon manat dəyərində beş müxtəlif əməliyyat həyata keçirib. Məlumata görə, işlərə rəhbərlik edən iş adamı kimi tanınan Yalçın Abdullayevin rəhbərliyi ilə həyata keçirilib. Hal-hazırda istintaq hərəkətləri aparılır”.

A.Məmmədov qeyd edib ki, dələduzluqda ittiham olunan X.Babayev, S.Əliyev, Z.Abdullayev və Y.Abdullayev Eyyub adlı şəxsin 3 mənzilini, Əziz adlı polis əməkdaşının bir obyektini pul ödəmədən ələ keçiriblər.

Məlumata görə, “Kra”l mebel mağazasının sahibi olan Yalçın Abdullayevin Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu olduğu bildirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın