Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / İcra başçısının qardaşı oğlu ilə bağllı qalmaqal – Polkovnik detalları açıqladı

İcra başçısının qardaşı oğlu ilə bağllı qalmaqal – Polkovnik detalları açıqladı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsinin rəis müavini işləmiş, hazırda həbsdə olan Azər Mehdiyevin ibtidai istintaq zamanı verdiyi ifadə məlum olub.

İfadəsində özünü təqsirli bilməyən A. Mehdiyev deyib ki, uzun müddət MTN-də çalışıb.

Azər Mehdiyev sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilmələri, ona məxsus 30 min ABŞ dolları məbləğində “İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu ilə əlindən alınması epizodu üzrə cinayət əməlini etiraf edib. A. Mehdiyev bildirib ki, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev 2015-ci ilin sentyabr-oktyabr aylarında onu xidməti otağına dəvət edib.

“İlqar Əliyevin otağına gedərək orada adının sonradan Mahirə Süleymanova olduğunu bildiyim qadının olduğunu gördüm. İlqar Əliyev həmin qadının Elçin Quliyevin anası Ədilə Quliyeva ilə birlikdə işlədiyini, avtomobilinin bir neçə şəxs tərəfindən qanunsuz alınaraq qaytarılmadığını, ona görə də Mahirə Süleymanovaya ərizə yazdıraraq köməklik etməyimi xahiş etdi. Mən də ona ərizə yazdırdım. Həmin vaxt Mahirə Süleymanova qeyri-rəsmi birgə yaşadığı şəxslə Yalçın Abdullayev adlı sahibkar arasında birgə biznes fəaliyyətlərinin olduğunu dedi.

Bildirdi ki, bununla əlaqədar onların aralarında borc mübahisəsi yaranıb. Bu mübahisəsinin həlli ilə bağlı Mahirə tanışının əvəzinə özünə məxsus olan “İnfinity FX 35” markalı avtomobili Yalçın Abdullayevə verib. Ərizə ilə əlaqədar 2015-ci ilin təxminən oktyabr ayında Yalçın Abdullayevin telefon nömrəsinə zəng etdim və nazirliyə dəvət etdim. Yalçın Abdullayev də gəlib izahat verdi. Mahirə Süleymanovanın özünə məxsus “İnfinity FX 35” markalı avtomobili könüllü şəkildə ona verdiyini bildirdi. Bundan sonra İlqar Əliyevin tapşırığına əsasən Yalçın Abdullayevin tanışlarını da Antiterror Mərkəzinə çağırdım. Həmin şəxslərdən Sahib Əliyev və Namiq Əsgərov adlı şəxsləri özüm qəbul edərək, onlarla söhbət etdim. Bundan sonra İlqar Əliyev Yalçın Abdullayev və Sahib Əliyevi şəxsən qəbul etdi və onlardan Mahirəyə məxsus avtomobili qaytarmalarını tələb etdi. Növbəti gün avtomobilin Mahirəyə qaytarılacağı razılaşdırıldı və onlar MTN-dən buraxıldı”.

Azər Mehdiyev bildirib ki, İlqar Əliyev avtomobilin Binəqədi rayon icra şöbəsinin əməkdaşları tərəfindən təhvil alınaraq saxlanca yerləşdirilməsini təşkil etmək barədə MTN-in Binəqədi rayon İdarəsinin sabiq rəisi Rafiq Səfərova göstəriş verməyi də ondan istəyib:

“Mən də bununla bağlı Rafiq Səfərovla danışdım və İlqar Əliyevin dediklərini ona çatdırdım”.

Azər Mehdiyev bildirib ki, proseslərin gedişatı Elçin Quliyevə mütəmadi olaraq məruzə edilib.

Qeyd edək ki, A. Mehdiyev, Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində keçirilir.

Onu da qeyd edək ki, ittiham aktında adı çəkilən Yalçın Abdullayev Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

APA

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın