Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / İcra başçısının oğlunun qəzası ilə bağlı – Növbəti məhkəmə iclası

İcra başçısının oğlunun qəzası ilə bağlı – Növbəti məhkəmə iclası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərovun və “Mc Donalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin oğlanlarının düşdüyü qəza ilə bağlı hakim Ramella Allahverdiyevanın sədrliyi ilə növbəti məhkəmə iclası keçirilib.

A. Əsgərovun oğlu İlham Əsgərlinin vəkili Bəylər Məmişov açıqlamasında bildirib ki, bugünkü iclasda iş üçün əlavə ekspertiza təyin edilib: “İlkin avtotexniki ekspertiza zamanı müstəntiq ekspert qarşısında 2 variantda cavab verilməsini təqdim edib. Bu onu göstərir ki, müstəntiq özü də hadisə haqda dəqiq qərar verə bilməyib. İşdə “Mercedes” markalı avtomobilin qəza zamanındakı sürəti barədə şübhəli məqamlar var. Bu səbəbdən məhkəmədə işin əlavə ekspertiziya göndərilməsi haqda vəsatət verdik. Hakim vəsatətimizi təmin etdi. Növbəti məhkəmə iclası əlavə ekspertizanın rəyindən sonra müəyyən olunacaq”.

Xatırladaq ki, ötən ilin sentyabrın 27-də Zığ yolunda baş verən qəzada Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev vəfat edib. Asif Əsgərovun oğlu İlham Əsgərli və sürücü Pərvin Fətullayev yaralanıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın