Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Araşdırma / İCRA BAŞÇISININ OĞLU KİMLƏRLƏ ŞƏRİKDİR? – Binəqədinin rəhbəri ilə bağlı sənəd yayıldı

İCRA BAŞÇISININ OĞLU KİMLƏRLƏ ŞƏRİKDİR? – Binəqədinin rəhbəri ilə bağlı sənəd yayıldı

“Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçidir”.

Azinforum.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında məlumat və sənədlər paylaşıb.

Jurnalist bildirib ki, icra başçısının oğlunun 4 həmtəsisçidən biri olduğu “İNVEST-2011” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ilin dekabrında qeydiyyatdan keçib.

“Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.

Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və FƏTƏLİXAN XOYSKİ PR., ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan “O.Ş-İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.

Orxan Allahverdiyevin sahibi olduğu 3-cü şirkət – “AMİRAS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2007-ci ilin martında qeydiyyata alınıb, şirkət Yasamal rayonu Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır”.

Xatırladaq ki, Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb.

O, ilyarım əvvəl Xaləddin Isgəndərovun yerinə təyin edilib.

img

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …