Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / İcra başçısının həbsdəki müavinindən “Hepatit C” tapılıb

İcra başçısının həbsdəki müavinindən “Hepatit C” tapılıb

Binəqədi rayonunda yanan bina ilə bağlı hazırda davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən biri, Binəqədi rayon icra başçısının birinci müavini olmuş Qəzənfər Novruzovun səhhəti ilə bağlı təyin edilən ekspertizanın rəyi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Bu gün keçirilən iclasda dövlət ittihamçısı vaxt istədiyi üçün rəy açıqlanmayıb.

“Qafqazinfo” məhkəmə tibbi ekspertizasının verdiyi rəyin məzmunu barədə məlumat əldə edib.

Q.Novrozuv səhhəti ilə bağlı verilən rəydə qeyd olunub ki, onda qara ciyərin hepatit C virus mənşəli sirrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib: “Bu xəstəliklər ağır kliniki gedişə malikdir və xəstənin müalicəyə ehtiyacı var. Adekvat müalicələr davam etdirilmədiyi təqdirdə, qeyd olunan xəstəliklər kəskinləşərək arzuolunmaz sonluqla nəticələnə bilər”.

Qeyd edək ki, yanğın zamanı 15 nəfər vəfat edib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın