Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Araşdırma / İcra başçısının bacısı oğlunun öldüyü qəza ilə bağlı cinayət işi açılıb

İcra başçısının bacısı oğlunun öldüyü qəza ilə bağlı cinayət işi açılıb

Martın 12-nə keçən gecə saat 23 radələrində Yevlax rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. 
Yevlax rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəzağa oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qəzaya uğraması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Faktla bağlı ekspertizalar təyin edilib, araşdırmalar aparılır.
Qeyd edək ki, qəzada vəfat edən 27 yaşlı Orxan Mirzəyev Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bacısı oğlu olub. Onun atası Əvəzağa Mirzəyev isə Baş Dövlət Yol Polisi İdarəsinin zabitidir.
Mirzəyev Orxan Əvəzağa oğlunun idarə etdiyi avtomobil qəfil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində vəfat edib, onun yaxın qohumu olan 4 nəfərə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın