Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / İcra başçısı müavininin arvadı özünü asdı – Qəbələdə şok hadisə

İcra başçısı müavininin arvadı özünü asdı – Qəbələdə şok hadisə

Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı intihar edib.
Məlumatı azadlıq.info-ya rayondakı mənbələr verib.
Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.
“Qaynar” dəqiqləşdirmə üçün Qəbələ rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova bildirdi ki, biz də məlumatdan oxumuşuq, doğru olub-olmadığını bilmirik. Arif Allahverdiyevin nömrəsini istədikdə isə telefon dəstəyini asıb.
Arif Allahverdiyev isə telefon zənglərinə cavab verməyib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın