Ana səhifə / Araşdırma / İcra başçısı İlyas İsmayılovun təşkilat sədrini tutdurdu – VİDEO

İcra başçısı İlyas İsmayılovun təşkilat sədrini tutdurdu – VİDEO

Bu gün Daşkəsən rayon Məhkəməsi Ədalət Partiyası Daşkəsən Rayon Təşkilatının sədri Elşad Qafarova hökm oxuyub.

Elşad Qafarovun yaxınlarının Strateq.az-a verdikləri məlumata görə, o, 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumatda bildirilir ki, Elşad bəyin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.

Onu da bildirək ki, bundan öncə Elşad Qafarovun oğlu Nəsimi Qafarova da 15 sutka inzibati həbs cəzası verilmişdi…

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elşad Qafarov Gəncə şəhərində Strateq.az-a müsahibə də verərək, Daşkəsən şəhər icra hakimiyyətinin başçısı Əhəd Abiyevdən şikayətlənmişdi. O bildirmişdi ki, Əhəd Abıyev onu tutdurmaq istəyir.

Dəfələrlə ölkə rəhbərliyinə Daşkəsəndə baş verən korrupsiya haqqında məlumat verən və günahkarların cəzalandırılmasını tələb edən Elşad Qafarovun məhz bu şikayətlərindən sonra icra başçısı tərəfindən hədələndiyi bildirilirdi…

Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz:

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın