Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Hüseynqulu Bağırovun Bakıdakı oteli ilə bağlı deyilənlər həqiqətdirmi?

Hüseynqulu Bağırovun Bakıdakı oteli ilə bağlı deyilənlər həqiqətdirmi?

Son günlər keçmiş ekologiya və təbii sərvətlər naziri  Hüseynqulu Bağırov barədə bir sıra media orqanlarında xaricdə əmlaklara sahib olması ilə bağlı materiallar dərc olunur. Keçmiş nazirin təsisçisi olduğu Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin bir neçə gün öncə verdiyi açıqlamada bu materilların həqiqəti əks etdirmədiyi, ziddiyyətli, uydurma məlumatlar üzərində qurulduğu qeyd edilirdi. 
Dünən yayılan başqa bir materialda isə H.Bağırovun ögey xalası oğlu Abbas Zeynalovun iddiaları əks olunurdu. A.Zeynalov deyir ki, H.Bağırovun ailə üzvlərinə məxsus olan “Central Park” otelinin tikintisini birgə həyata keçiriblər, ancaq sonradan H.Bağırov çəkdiyi xərcləri qarşılamadan A.Zeynalovu kənarlaşdırıb. Eyni zamanda iddia olunur ki, keçmiş nazir A.Zeynalovun “Orman” adlı mövsümi istirahət mərkəzini sökdürüb.Məsələ ilə bağlı apardığımız araşdırma zamanı bir sıra detalları aydınlaşdıra bildik. Məlum oldu ki, A.Zeynalov Quba rayonunda Meşə İdarəsinin ərazisində “Orman” adlı istirahət mərkəzi qurub. Ancaq fəaliyyət göstərdiyi dövr ərzində heç bir vergi və icarə haqqı ödəməyib. Ekologiya Nazirliyinin əməkdaşları ondan qanuni müqavilə bağlamasını tələb etdikdə isə nazirin qohumu olduğunu, heç bir müqavilə bağlamayacağını bildirib. Belə halda, H,Bağırov müvafiq strukturlardan qanunun tələblərinə uyğun tədbir görülməsini istəyib. Nəticədə, A.Zeynalovun obyekti qanunsuz fəaliyyət göstərdiyi üçün sökülüb. Bununla bağlı A.Zeynalovun müraciəti müvafiq qurumlar tərəfindən araşdırılıb və onun iddiaları əsassız hesab olunaraq təmin olunmayıb. “Central Park” adlı otelin tikintisi zamanı orada 80-dən artıq çoxillik ağacın kəsilməsi, A.Zeynalovun oranın tikintisində pay sahibi olması barədə deyilənlər də yuxarıdakı fakt qədər “mötəbərdir”.
Əməkdaşımız “Central Park” otelinin tikintisini həyata keçirmiş “MZE inşaat” otelinin rəhbəri Adil Tağıyevin məsələyə münasibətini öyrənib. Sitat: “Abbas Əliyevin açıqlamasını mən də oxudum. O adamı tanımıram, tikinti gedən vaxtı da elə bir adama rast gəlməmişdim. Bizim şirkətlə müqaviləni Qərb Universiteti və onun Otelçilik Məktəbi bağlamışdı. İndi bu adam hardan çıxdı bilmirəm. Bir də ki, Abbas deyir ki, orda 80-dək ağac kəsilib. Gülməlidir. Həmin ərazidə ümumiyyətlə, heç bir ağac olmayıb, orada köhnə, yararsız bir bina yerləşirdi, o bina söküldü və yerində otel tikildi. Hüseyn Bağırov mənim nə dostumdur, nə də qohumum. Ancaq haqqı demək lazımdır”.(xeberlent.az)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …