Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / “Hummer”lə universitetin bağçasında şütüyən qız saxlanıldı

“Hummer”lə universitetin bağçasında şütüyən qız saxlanıldı

Moskva polisi albalı rəngli “Hummer”lə Moskva Dövlət Universitetinin ərazisinə daxil olub səkidə və qazonun üzərində hərəkət edən sürücünü müəyyənləşdirərək saxlayıb.

Virtualaz.org xəbər verir ki, həmin sürücü qızdır, ancaq kimliyi açıqlanmır. Onun tezliklə məhkəməyə çıxarılacağı gözlənilir. Polisdəki mənbə bildirib ki, həmin sürücü bundan əvvəl də dəfələrlə yol hərəkəti qaydalarını kobud pozub və inzibati məsuliyyətə cəlb olunub. Xatırladaq ki, həmin “Hummer”lə bağlı roliki şahidlər çəkib internetdə yerləşdirmişdi.

*   *   *10:14

Moskva Dövlət Universitetinin bağçasında qazon və səkilərin üzəri ilə hərəkət edən albalı rəngli “Hummer” Rusiyada zəngin balalarının ictimai qaydalara necə tüpürdüyünü əks etdirən növbəti epizod olub.

Virtualaz.org xəbər verir ki, şahidlərin çəkdikləri kadrlara əsasən “Hummer” yolun hərəkət hissəsindən çıxaraq universitetin ərazisinə daxil olur, orada səkilərin və qazonların üzəri ilə hərəkət edir, yenidən yolun hərəkət hissəsinə çıxır.Daha sonra buzda ilişib qalır. Şahidlər bildirir ki, avtomobildə bir neçə nəfər olub, sükan arxasında isə qız oturmuşdu.

Xatırladaq ki, bu yaxınlarda erməni biznesmenin qızı Mara Baqdasaryanın Moskvada idman avtomobilləri ilə müntəzəm olaraq avtoxuliqanlıq etməsi nəhayət onun həbsinə və icbari əməyə cəlb olunmasına səbəb olub. Zəngin balalarının avtoxuliqanlıq əməlləri Rusiya üçün də ciddi problemdir.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın