Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Hökumətin enerji sektorunu özəlləşdirməməsinin səbəbləri

Hökumətin enerji sektorunu özəlləşdirməməsinin səbəbləri

İlham Şaban: “Bu qədər dövlət dəstəyinin qarşılığında enerji pulsuz olmalıydı…”

Azərbaycanda dövlətin nəzarətində olan təbii inhisar subyektlərinin özəlləşdirilməsi məsələsi illərdir müzakirə olunur. Xüsusilə kommunal xidmətlər və enerji sektorundakı belə müəssisələr ölkənin ən böyük dövlət şirkətləridir. “Azərenerji”, “Azərişıq”, “Azərsu”, “Azəriqaz”, “Azəristiliktəchizat” və digər belə qurumlar uzun illərdir dövlət büdcəsindən ən böyük paya sahiblənirlər.

Enerji sektoru bu baxımdan xüsusilə fərqlənir. Belə ki, son onillikdə enerji istehsalı müəssisələrinin tikintisi, enerji paylayıcı şəbəkənin yenidən qurulmasına həm dövlət büdcəsi hesabına, həm də dövlət zəmanətli xarici kreditlər hesabına milyardlarla manat sərmayə yatırılıb. Bundan əlavə, hər il “Azərenerji”nin SOCAR-dan aldığı qaz və mazut üçün büdcədən iri həcmdə subsidiya ayrılır. Yalnız cari ildə bu subsidiyanın həcmi 300 milyon manat təşkil edir. Bu qədər vəsaitlərin sərf olunduğu enerji təchizatı sistemində təhlükəsizlik, dayanıqlıq istənilən səviyyədə təmin olunmayıb. İyulun 3-də baş verən qəza zamanı yaşananlar göstərir ki, ayrılan vəsaitlər heç də səmərəli xərclənməyib.

Maraqlıdır ki, Azərbaycan hökuməti yerli və xarici mütəxəssislərin təkidli təkliflərinə rəğmən, enerji sektorunda özəlləşdirməyə getmir. Halbuki postsovet ölkələrindən buna gedərək uğurlu nəticələr əldə edənlər az deyil. Hətta Rusiyada belə enerji istehsalı müəssisələrinin əksəriyyəti özəlləşdirilsə də, Azərbaycan bu addımı atmağa tələsmir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) özəlləşdirilməsi məsələsi geniş müzakirə olunurdu. Müzakirələrə Azərbaycan prezidenti İlham Əliyevin Rusiya mətbuatına verdiyi açıqlama ilə son qoyuldu. Belə ki, prezident SOCAR-ın heç zaman özəlləşdirilməyəcəyini bəyan etdi.

Enerji sektoru ilə bağlı isə maliyyə naziri Samir Şərifov bir neçə il əvvəl “Azərenerji”nin özəlləşməyə hazırlandığı barədə açıqlama versə də, bu istiqamətdə heç bir konkret addım atılmayıb. Hökumət hansı səbəblərdən enerji sektorunda idarəetməni əlində saxlamaqda qərarlıdır? Burada strateji bir sahənin kənar əllərə verilməməsi məqsədi əsas rol oynayır, yoxsa başqa maraqlar var?

Sualları cavablandıran enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Azərbaycanda hökumət nəinki özəlləşdirməyə həvəsli deyil, heç dövlət nəzarətində saxlanılmaqla hansısa səhmdar cəmiyyətlərə çevrilmiş dövlət müəssisələrinin belə kənar səhmdarlar cəlb edib kommersiya fəaliyyətində olan şirkətlərə çevrilməsində maraqlı deyil: “Nəticədə uzun illərdir ki, həm büdcə vəsaitləri qeyri-rasional xərclənir, həm də dövlətin büdcəsinə həmin aktivlərdən gözlənilən mənfəət gəlmir. Ona görə də dövlət bütün iqtisadiyyatın yükünü özü çəkir və çəkməkdə davam edir, özü də fərqinə varmır: neftin qiyməti 140 dollardır, ya 40 dollar… Çünki yük reallıqda məmurların üzərinə deyil, böyük əhali kütləsinin üzərinə düşür əslində”..

Картинки по запросу ilhma şaban

Ekspertin sözlərinə görə, “Azərenerji” strateji obyektlər sırasındadır: “O baxımdan hökumət onu özəlləşdirmək fikrinə düşmür. Elə ”Azərsu” da həmin strateji obyekt sırasındadır. Ancaq yadımıza salaq, on il ərzində suyun qiyməti neçə dəfə və hansı səviyyədə artırılıb. Mənası nədir? Yenə də “Azərsu” ziyanla işləyən bir obyektdir. İstəyirsən bundan sonra Azərbaycanda suyun qiymətini 5 dəfə də qaldır, yenə də o, ziyanla işləyəcək. Necə ki, “Azərenerji” – işığın qiymətini mən Rusiya ilə müqayisə etmişəm. Hazırda Moskvada 1 kVt\saat elektrik enerjisinin qiyməti 11 qəpikdir, özü də limitsiz. Ancaq rəsmi statistikaya görə, orta aylıq əmək haqqı Moskvada yaşayanlar üçün təqribən 1000 dollar, yəni 1700 manatdır. Azərbaycanda isə bundan 3 dəfədən çox az əmək haqqı ilə demək olar ki, həmin tariflərlə enerji satılır. Və enerji qurumları iddia edirlər ki, onlar güc-bəla ilə təsərrüfatı idarə edirlər. Ən qəribəsi isə budur ki, elektrik stansiyalarının tikilmə xərclərini bütünlüklə Azərbaycan hökuməti ya büdcədən ödəyir və ya dövlət qarantiyalı kreditlərlə. O cümlədən də magistral xətlərin çəkilişi, paylayıcı şəbəkələrin qurulması. Xaricdə və o cümlədən Rusiyada isə bütün bunlar səhmdar cəmiyyətlər və kommersiya qurumları hesabınadır. Elə isə bizdə enerji niyə baha olmalıdır? Əslində bizdə enerji pulsuz olmalı idi bu qədər dövlət dəstəyi hesabına… Ya da enerji sektorunda çalışanların orta əmək haqqı bu saat 3000 manatdan az olmamalı idi. Reallıqda isə nə vəziyyətdir? Bir maraqlanın “Azərenerji”də 10-15 il işləyən mühəndisin orta əmək haqqı nə qədərdir”!

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …