Şənbə , Noyabr 28 2020
Ana səhifə / Araşdırma / HİV virusu daşıyan 35 yaşlı Natəvan Türkiyədən Azərbaycana deportasiya edildi

HİV virusu daşıyan 35 yaşlı Natəvan Türkiyədən Azərbaycana deportasiya edildi

Türkiyənin Karaman bölgəsində fahişəliklə məşğul olanlara qarşı keçirilən əməliyyat zamanı saxlanılan  azərbaycanlı qadında HİV virusu aşkarlanıb.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, tibbi müayinədən keçirilməsi zamanı 35 yaşlı M. Natəvan adlı qadında cinsi yolla keçən və QİÇS-ə yol açan virusun olması şübhəlilərin ortaya çıxıb.

Bildirilir ki, Karaman Polis Şöbəsinə Türkiyə vətəndaşları – 50 yaşlı Mehmet D., 53 yaşlı Həsən Hüseyn D., 46 yaşlı Erdal Y.-nın əcnəbi qadınları avtomobildə pul qarşılığında cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları faktla bağlı hərəkətə keçib, şəhərin ən sıx küçələrindən birində Mehmet D., Həsən Hüseyn D., Erdal Y. ilə C. Həvva və Azerbaycan əsilli M. Natəvanı saxlayıblar.

“Çavuş” ləqəbli Mehmet D.-nin şəhərdəki litseydə məmur kimi çalışdığı məlum olub. O və əlbir oduğu digər Türkiyə vətəndaşları polis bölməsində ifadə verdikdən sonra nəzarət şərtilə sərbəst buraxılıblar. Əcnəbi qadınlar – Həvva C. və Natəvan M. də ifadə verərək sərbəst buraxılıb və öz ölkələrinə deportasiya ediliblər.

Türkiyə polisi az qala hər gün ölkənin müxtəlif bölgələrində keçirdiyi reydlərdə fahişəliklə məşğul olan qadınları saxlayır və onların arasında demək olar ki, hər dəfə Azərbaycan vətəndaşları olur.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …