Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Hindistanda müsəlman qadınlar mal ətinə görə zorlanıb

Hindistanda müsəlman qadınlar mal ətinə görə zorlanıb

Hinditistanlı qadının bildirdiyinə görə, mal əti yeməkdə günahlandırıldıqdan sonra o və 14 yaşlı kuzeni zorlanıb, iki qohumu isə qətlə yetirilib.
20 yaşı olan qadın BBC-ə deyib ki, hücum iki həftə əvvəl Haryana ştatında dörd kişi tərəfindən həyata keçirilib. O, mal əti yediyini inkar edib.
Qadın bildirib ki, kuzeninin valideynləri həmin şəxslər tərəfindən Mevat rayonundakı evlərində qətlə yetiriliblər.
Hindu dininə sitayiş edən bir çox şəxs inəyi müqəddəs hesab edir və Haryana da daxil olmaqla, bir çox ştatda onun kəsilməsi qadağan edilib.
Şübhəli şəxslər saxlanılaraq zorlama və qətldə ittiham ediliblər.
Lakin polis jurnalistlərə bildirib ki, hücumda inək müdafiəçilərinin iştirakına dair sübut yoxdur.
İddia edilən zorlama hadisəsinin iki həftə bundan əvvəl baş verməsinə baxmayaraq, xəbər yeni yayılıb.
“İttiham olunan şəxslər bizə dedilər ki, biz mal əti yemişik və buna görə də ləkələnirik [zorlanırıq]. Onlar hətta bu barədə danışacağım təqdirdə məni və ailəmi öldürməkdə hədələdilər,” qadın BBC Urduya bildirib.
Paytaxt Dehlidən 200 km uzaqda yerləşən müsəlmanların əksəriyyət təşkil etdiyi Mevat rayonunun yüksək rütbəli rəsmi şəxsi bildirimişdi ki, polis mal ətinin olmadığına əmin olmaq üçün yeməkləri yoxlayacaq.
Son hücum bölgədə gərginliyi artırıb.
“Müsəlman icması dəhşət və qorxu içindədir, çünki əvvəllər bu ərazidə belə hadisə baş verməyib”, Mevatdakı müsəlman icmasının rəhbəri Ramazan Çaudari bildirib.
Son illərdə Hindistanda zorlama cinayətləri diqqət mərkəzinə düşüb. 2012-ci ildə paytaxt Dehlidə tələbə qız bir qrup tərəfindən zorlandıqdan sonra qətlə yetirilmişdi.
Cavab olaraq ölkədə yeni zorlama əleyhinə sərt qanunlar təqdim edilib.
Lakin buna baxmayaraq ölkə boyunca qadın və uşaqlara qarşı zorlama hallarının qeydə alındığı deyilir (BBC).

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın