Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Heydər Əsədovun villaları – “Milyonerlər məhəlləsi”ndən “Tarqovı”ya qədər…

Heydər Əsədovun villaları – “Milyonerlər məhəlləsi”ndən “Tarqovı”ya qədər…

Sabiq nazirin KTN-dəki fəaliyyətini araşdıran olacaqmı?

Sabiq nəqliyyat nazirinin qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb. Unikal.org-un məlumatına görə, paytaxtın Binəqədi rayonu “Vorovski” qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir.

Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb. Belə şəxslərdən biri də eks kənd təsərrüfatı naziri Heydər Əsədov olub. Bundan əvvəl Hesablama Palatasının sədri olmuş Heydər Əsədov digər komanda üzvlərindən fərqli olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı.

Ziya Məmmədovla quda olandan sonra nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başladı. Heydər Əsədovun Bakının “Milyonerlər məhəlləsi” adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur “Torqovı” küçəsində də böyük evləri var. Əlbəttə ki, həmin evlər, mənzillər Heydər Əsədov nazir postu tutarkən alınıb. Azərbaycanda kənd təsərrüfatının real durumu ilə dövlət büdcəsindən bu sahəyə ayrılan milyardlarla manatın arasında böyük bir qeyri-bərabərlik, uyğunsuzluq var.

heydər əsədovun mülkləri ile ilgili görsel sonucu

Dövlət büdcəsindən Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin nəzdindəki təkcə “Aqrolizinq”ə son bir neçə ildə hər il 400 milyon manat ayrılıb. Bu, Heydər Əsədova tabe olan bir quruma hər il ayrılan məbləğdir və bu pullar onun əlindən keçib, onun dərkənarına əsasən xərclənib. Belə bir halda Heydər Əsədovun Bakının dörd bir tərəfindəki prestijli məhəllələrdə 5-6 milyon dəyərindəki villalarına xərclənən məbləğlərin mənbəyini axtarmaq üçün müstəntiq olmaq lazım deyil ki?

Baş Prokuror yanında Korrupsiya İdarəsi ile ilgili görsel sonucu

Yetər ki, Baş Prokuror yanında Korrupsiya İdarəsində stajor olan bir hüquqşünasa müvafiq araşdırma aparması tövsiyə olunsun. Qalan məsələlər texniki xarakter daşıyacaq. Məsələn, həmin hüquqşünas mətbuatda yayılan villaların fotolarını qabağına qoyub kənd təsərrüfatının ayrı-ayrı istiqamətlərindəki durumu əks edən fotolarla müqayisə etsə və  yaranan suallara cavab axtarmağa başlasa, düz Heydər Əsədovun özünə uzanan ittihamlar avtomatik formalaşacaq. Üstəlik, bu ən kəsə və sadə yoldur…

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …