Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Hamilə arvadına işgəncə verən ər məhkəmə qarşısına çıxarıldı

Hamilə arvadına işgəncə verən ər məhkəmə qarşısına çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadına əzab verməkdə və quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarından məlum olub ki, Rüfət Mehdiyev ehtiyatda olan baş leytinantdır. Onun bundan öncə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə məhkumluğu var və məhkumluq ödənilib. Rüfət Mehdiyev zabit olduğu zaman məhkum edildiyini və 1 il müddətinə şərti cəza aldığını deyib.

Məhkəmənin hazırlıq iclası aprelin 22-nə qədər təxirə düşüb.

Qeyd edək ki, ötən il Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Həmin vaxt Aliyə Mansurova hamilə olub.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Sabunçu RPİ və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehdiyev tutularaq istintaqa cəlb edilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın