Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Hakim oğlunun öldüyü qəzaya görə həbs edilən həkim oğlu 7 il cəza aldı

Hakim oğlunun öldüyü qəzaya görə həbs edilən həkim oğlu 7 il cəza aldı

Hakim oğlunun ölümündə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə porsesi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhləməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhləməmin hökmü ilə Rəhim Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı R.Kərimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisənin təfərrüatı ilə bağlı qeyd edək ki, avtomobil qəzası ötən ilin may ayında baş verib.

Qəza zamanı Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu qəzada ölüb.

Saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub.

R.Allahverdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qəzanı törədən Rəhim Kərimovun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin də üzvü olub.

Məlumata görə Yüzasif Kərimov bu hadisədən sonra vəzifədən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın