Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Hakan Şükürün ABŞ-dakı bahalı həyatı – 3 milyonluq malikanə, lüks maşınlar… – FOTOLAR

Hakan Şükürün ABŞ-dakı bahalı həyatı – 3 milyonluq malikanə, lüks maşınlar… – FOTOLAR

“FETO” terror təşkilatının üzvü olduğu deyilən sabiq türk futbolçusunun ABŞ-dakı lüks həyatı görüntülənib.

Musavat.com xəbər verir ki, Hakan Şükürün 3 milyon dollara həyat yoldaşına kafe açması, aldığı ev, sürdüyü maşınlar və s. jurnalistlərin kamerasına tuş gəlib.

Bütün bu görüntülər Türkiyənin Anadolu xəbər agentliyinin əməkdaşları tərəfindən lentə alınıb.

“FETO”cuların görüş yeri…


Onun şəhərin mərkəzində, “Avenue” universitetinin yaxınlığında açdığı “tuts Bakery-Cafe” adlı kafenin üzv olduğu terror təşkilatının mənsublarının görüş yeri olduğu da bildirilir. Olduqca lüks bir restoran dizayn edən sabiq futbolçunun iş yeri San-Fransiskoda “Apple” kimi dünyaca məşhur şirkətin ofisinə yaxın yerdə yerləşir.

Onun həyat yoldaşı Beyda Şükür ilə birlikdə işlətdikləri kafedə səhər yeməyindən tutmuş, axşam yeməyi, tortlar, salatlar və s. bu kimi hazır yeməklər mövcuddur. Hakan Şükürün həyat yoldaşının hicabını açması da diqqətlərdən qaçmayıb. Belə ki, sabiq futbolçunun lüks yaşam tərzini görüntüləyən jurnalistlər onun xanımını da lentə alıblar. Fotolardan da göründüyü kimi, Beyda Şükür baş örtüyünü açıb.

Qeyd edək ki, Beyda Şükür 2012-ci ildə həyat yoldaşı Hakan Şükür ilə Həcc ziyarətini getdikləri zaman hicab bağlamağı qərara almışdı. Uzun illər hicabla gəzən Beyda Şükür son olaraq bu cür görüntülənib.

3 milyon dollarlıq malikanə…


Araşdırma aparan türkiyəli jurnalistlər Hakan Şükürün kirayə qaldığı evin dəyərinin 3 milyon dollar olduğunu deyirlər. Olduqca lüks bir ev kirayə götürən sabiq futbolçu ayda 6 min 850 dollar pul ödəyir. Hakan Şükürün evini də fotolentə alan jurnalistlər evin yeni il üçün bəzdilməsinə görə dəbdəbəli hazırlıqların başladığını qeyd ediblər.

Lüks maşınlar…


Hakan Şükürün evinin önündə 3 lüks maşını var. Sabiq futbolçu evinin və kafesinin qarşısında son model ağ rəngli “Lexus”, “Mercedec” cip və “Volkswagen” ilə görüntülənib.

Qeyd edək ki, Hakan Şükür 2015-ci ildə Türkiyədəki evlərini satıb, banklardan pulunu çəkib, Amerikaya qaçmışdı. O, Türkiyəyə dönməyəcəyini açıqlamışdı.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …