Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Hacıqabulda mikroavtobus aşıb: ana və iki oğlu ölüb, nəvə yaralanıb – YENİLƏNİB

Hacıqabulda mikroavtobus aşıb: ana və iki oğlu ölüb, nəvə yaralanıb – YENİLƏNİB

Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Ölənlərin şəxsiyyəti və hadisənin təfərrüatları müəyyənləşdirilir.

***

Hacıqabulda baş verən ağır qəza nəticəsində ölən şəxslərin kimliyi bəlli olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu, 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın