Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Hacı Talehin daha bir tərəfdarının evində silah tapıldı

Hacı Talehin daha bir tərəfdarının evində silah tapıldı

Hacı Taleh Bağırovun saxlanılan tərəfdarlarından birinin evindən qumbara və tapança tapılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Elçin Qasımovun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd tapança, 1 ədəd qumbara və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

Noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilən Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın