Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Hacı Məmmədovun vəkili ilə görüşə bilmir

Hacı Məmmədovun vəkili ilə görüşə bilmir

Məşhur arestantın MTN-dən çıxarılacağına dair xəbərlər yayılır
Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılmasından sonra Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun son 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılması yenidən müzakirə mövzusuna çevrilib. 2007-ci ildə barəsində məhkəmə hökmü çıxarılandan sonra gözlənilənlərin əksinə olaraq, H.Məmmədovu Qobustan Qapalı Həbsxanasına köçürmədilər. Məhkum cəzaların İcrası Məcəlləsinə zidd olaraq, bu günə kimi MTN-in İstintaq Təcridxanasında saxlanılır. General-leytenant Mədət Quliyevin milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsindən sonra MTN-in İstintaq  Təcridxanasında təqsirləndirilən şəxslərin hüquqlarının  pozulması da üzə çıxıb. Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, M.Quliyevin təyinatından sonra təcridaxanada vəziyyət müsbətə doğru dəyişib. Eyni zamanda, məhkumların pozulmuş hüquqları bərpa olunmaqdadır.
Bu halda Hacı Məmmədov Qobustan həbsxanasına köçürülə bilərmi?
Pentensiar Xidmətin mətbuat xidmətindən modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, məhkumun yerdəyişməsi haqda məlumatın verilməsi qanunaziddir: “Cəzaların İcra Məcəlləsinin 16-cı maddəsinə əsasən məhkumun yerdəyişməsi haqda məlumat, hətta yaxın qohumları və ailə üzvlərinə yalnız onun öz razılığına əsasən verilə bilər”.
Məlumatda qeyd edilir ki, hər hansı cəzalandırılan və ya təqsirləndirilən şəxsin yeri onun vəkili yaxud yaxınları tərəfindən açıqlana bilər: “Qanun hətta onlardan alınan cavabın təsdiqlənməsi üçün Pentensiar Xidmətə ünvanalanan sualın cavablandırılmasına icazə vermir”.
Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.
Son 10 il ərzində Hacı Məmmədovun MTN-də saxlanılması onun daim E.Mahmudovun çetesinin nəzarətində qalmasına xidmət edib. E.Mahmudov tutduğu postdan çıxarılandan dərhal sonra H.Məmmədov yaxınları ilə əlaqə saxlayaraq ona vəkil tutulmasını istəyib. Məlum olub ki, məşhur arestant “Qara Kəmər”dən sonra baş tutan ibtidai istintaq dövründə və sonradan məhkəməsində yalan ifadə verməyə məcbur edilib. Ondan DİN generalı Zakir Nəsirovun əleyhinə qondarma ifadə alıblar.  Həmin ifadə əsasında Z.Nəsirov ömürlük həbsə məhkum edilib.  H.Məmmədovun digər epizodlar üzrə də yalan ifadə verməyə məcbur edildiyi haqda da məlumatlar var. H.Məmmədov hazırda cinayət işinin yenilənməsini istəyir. O, doğru-dürüst ifadə vermək niyyətindədir. Ona görə də yaxınlarından ona vəkil tutulmasını xahiş edib. H.Məmmədovun istəyi ilə dekabrın ilk günlərində vəkil tutulub. Vəkil Hacı Məmmədovla görüş üçün orderi MTN-ə təqdim edib. Lakin hələlik görüş baş tutmayıb. H.Məmmədov vəkili ilə görüşdən sonra rəsmi qaydada ölkə rəhbərliyinə müraciət edəcəyi gözlənilir. Musavat.com

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın