Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Hacı Beyləqanski niyə və necə həbs edilib? – TƏFƏRRÜAT

Hacı Beyləqanski niyə və necə həbs edilib? – TƏFƏRRÜAT

“Hacı Beyləqanski dünən axşam Moskvanın mərkəzindəki Qlubokiy pereulok küçəsində yerləşən “Belıy dom” restoranında saxlanılıb. Daha doğrusu, o, restorana girməyə macal tapmamış xüsusui təyinatlılar onu həbs ediblər”, – Bu sözləri musavat.com-a Moskvadakı mənbələr bildiriblər.

Mənbənin dediyinə görə, “Belıy dom” gürcü yeməkləri itəqdim edir. Restoranın qeyri-qanuni sahibi hazırda həbsdə yatan “Taro” ləqəbli qanuni oğru Tariyel Onianidir. Bu restoranda Beyləqanskiylə bir sıra gürcü oğruların “sxodka”sı
keçiriləcəkmiş. İlkin dindirmədə Hacı qanuni oğru olduğunu boynuna alıb, amma niyə saxlandığı barədə polisdən cavab ala bilməyib.

Əslində Hacı Moskvaya bir qədər əvvəl gəlib. Mərhum Lənkəranskinin klanında ən parlaq fiqurlardan biri və bəlkə də birincisi olan Hacının indi daha çox hədəf seçilməsi təsadüfi ola bilməz. Çünki Qulinin Moskvadakı əksər bazarları ələ keçirmək istəməsi və Rusiya paytaxtına desant göndərməsindən sonra, Lənkəranski tərəfdarları da əks hücuma hazırlaşırdılar. Beyləqanski də məhz Moskvadakı Lənkəranski tərəfdarlarını toparlamaq üçün ora getmişdi.

O, Moskvaya gələn kimi Lənkəranskinin yaxın qohumu Zaur Əhmədov Beyləqanskiyə mühafizə və Rövşənin zirehli avtomobilini ayırmışdı.

Başqa bir versiyaya görə, Beyləqanski qarşıdan gələn futbol üzrə dünya çempionatıyla bağlı saxlanılıb. Rəsmi Moskva dünya çempionatı keçirilən günlərdə, necə deyərlər, əlavə başağrısı olmasın deyə, kriminal elementləri müvəqqəti də olsa zərərsizləşdirmək istəyir.

Hacının Lənkəranski ilə dostluğunun tarixi 2000-ci ilə təsadüf edir. 1982-ci il martın 29-da Beyləqanda anadan olmuş Hacıbaba Talıbxanlı 2000-ci illərin əvvəllərində Moskvaya gedib. Gənc olmasına baxmayaraq, tezliklə ən nüfuzlu “qanuni oğru”ların diqqətini özünə çəkə bilib. Elə Moskvada da “Rövşən Lənkəranski” ilə tanış olub.

“Qanuni oğru”lar arasında savaş qızışanda Lənkəranski Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçür və “Hacı Beyləqanski” də onunla bərabər bu ölkəyə gedir. Ona “qanuni oğru” adı da Dubayda verilib. İndiki dövrün ən taınmış “qanuni oğru”ları 2012-ci ilin dekabrında onu “taclandırıblar”. Onu “taclandıranlar” arasında “Rövşən Lənkəranski” ilə yanaşı Tariyel Oniani (“Taro”), Qivi Tbilisski, Koba Baqdatski, Timoxa Qomelski, Siripa Kutaisski, İka Suxumski, Cemo, Romik Kurd kimi “qanuni oğru”lar olub.

musavat.com

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …