Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Haсı Muradın qəbrinin yaxınlığında narkotik bitkilər əkənlər tutulub

Haсı Muradın qəbrinin yaxınlığında narkotik bitkilər əkənlər tutulub

Balakən rayon sakinləri Qax rayonu ərazisində narkotik bitki əkib-becərdiyinə görə saxlanılıb. “Report” xəbər verir ki, rayonun Hənifə kənd sakinləri Məmmədov Namir Xalid oğlu, Rəsulov Elçin Qüdrət oğlu və Həsənov Rafiq Abdurəhman oğlu Qax rayonunun Tanqıt kəndinin yaxınlığında olan meşə zolağında Hacı Muradın qəbrinin yaxınlığında narkotik bitkilər əkiblər. Ümumi çəkisi 4,5 klioqram olan 50 ədəd çətənə kolları aqrotexniki qaydada qulluq və kultivasiya etməklə becərilib.
Qax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxslər elə iş başında – çətənə kollarına su verərkən yaxalanıblar. Narkotik xassəli bitkiləri hansı məqsədlə əkib becərdikləri araşdırmalardan sonra bəlli olacaq.
Qax RPŞ-nin Baş Müstəntiqi Etiqad Bayramovun “Report”a verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Onlar barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın