Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Həbsxanadan qaçırılan azərbaycanlı BEYNƏLXALQ AXTARIŞDA

Həbsxanadan qaçırılan azərbaycanlı BEYNƏLXALQ AXTARIŞDA

Azərbaycanın hüquq-mühafizə orqanları xuliqanlıq əməlində təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, 24 yanvar 1988-ci il təvəllüdlü Ağalarov Cavid Zakir oğlu Bakının mərkəzindəki şadlıq saraylarından birinə odlu silahla atəş açma əməlində günahlandırılır.

C.Ağalarovun xarakterik əlamətləri onun barəsində açılmış qırmızı xətt üzrə anketdə toplanıb. Onun Azərbaycan dili ilə yanaşı, rusca və türkcə sərbəst danışdığı da qeyd olunub.

Qeyd edək ki, C.Ağalarov Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, biznesmen İqbal Mahmudovun qətlində ittiham olunanlardan biridir və bir müddət əvvəl Ukraynada həbs olunub. Lakin sonradan qondarma Donetsk Xalq Respublikasının bir qrup silahlısı tərəfindən o həbsxanadan qaçırılıb.

Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürülməsində 4 nəfər – Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. İstintaq iddia edir ki, İ.Mahmudova atəş açan şəxs Ağalarov Cavid Zakir oğludur.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın