Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Həbsxanadan çıxan kimi arvadını öldürdü

Həbsxanadan çıxan kimi arvadını öldürdü

Türkiyənin Karaman vilayətində hər kəsi təəcübləndirən olay yaşanıb.

Azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı Erdal Ersoy ondan boşanmaq istəyən 39 yaşlı həyat yoldaşı Nazifə Ersoyu tapança ilə öldürəndən sonra eyni silahla özünü də öldürüb.

Hadisə Kirişci məhəlləsinin Mut Caddəsində baş verib. Narkotik satdığı üçün əvvəl həbs olunan Erdal Ersoy 17 avqust azadlığa çıxıb və azadlığa çıxan kimi arvadına hücum edib. Məmləkətinə dönən Erdal Ersoy həyat yoldaşı ilə boşanmaq məsələsi barədə mübahisə edib.

Bu zaman Erdal xanımını güllə yağışına tutub. Sonra həmin silahla Erdal intihar edib. Qadın hadisə yerində həyatını itirib. Erdal Ersoy xəstəxanaya yerləşdirilsə də, müdaxilələrə baxmayaraq həyatını qurtarmaq mümkün olmayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın