Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Həbsdə olan iş adamının toya hazırlaşan oğlu ölüb- məhkəmə isə təxirə düşdü

Həbsdə olan iş adamının toya hazırlaşan oğlu ölüb- məhkəmə isə təxirə düşdü

Narkotik alverində və qanunsuz silah saxlamada təqsirləndirilən iş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, Bakıda fəaliyyət göstərən şadlıq saraylarından birinin sahibidir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Nəriman Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmənin əvvəlində hakim Mirzə Xankişiyev təqsirləndirilən şəxsə başsağlığı verib. Buna səbəb bir neçə gün əvvəl Nəriman Əliyevin oğlunun avtomobil qəzasında dünyasını dəyişməsi olub.
20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. Ş.Əliyev qardaşını xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, o, infarkt keçirib.
Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış.
Məhkəmə prosesi şahidlər gəlmədiyindən proses dekabrın 9-na təxirə salınıb.
İş adamının vəkili Adəm Məmmədov bildirib ki, ötən proses verdikləri vəsatətlərin təmin olunduğunu, lakin şahid kimi dindirilməsini istədikləri şəxslərin məhkəməyə gəlmədiklərini bildirib.
“Müvəkkilim istintaqa ifadə verərkən vəkili olmayıb. Onun müdafiə hüququ pozulub. Ancaq istintaqa ifadəsinin sonunda İlqar adlı vəkilin imzası var. Həmin vəkilin və Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin rəisi Əliaslan Ağayevin məhkəmədə ifadə verməsini tələb edirik”- deyə vəkil açıqlamasında bildirib.
Qarabağ müharibəsi veteranı olan N.Əliyev Bakıxanov qəsəbəsindəki “Şəhriyar” şadlıq evinin sahibi, “Qarabağ Broyler” MMC-nin rəhbəridir.
O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın