Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Həbs olunan keçmiş müstəntiqi Kürdəxanıya göndərdilər

Həbs olunan keçmiş müstəntiqi Kürdəxanıya göndərdilər

Rüfət Səfərovu 1500 manata görə tutublar?

Vəkil Bəhruz Bayramov dünən həbs edilən keçmiş müstəntiq Rüfət Səfərovla görüşüb. Bu barədə musavat.com-a açıqlamasında B.Bayramov məlumat verib. O,deyib ki, R.Səfərov artıq 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Onun sözlərinə görə, keçmiş müstəntiqə qarşı iki il əvvəl baş vermiş bir hadisəyə görə ittiham elan edilib:
 “Absurd və formal mülahizələrə, sübutlara əsaslanır. Özünün dediyi  kimi bəyanat verib, prokurorluq orqanlarından çıxmasına görə bu ittiham uydurulub. Konkret zərərçəkən tapılıb. O da Zərdab sakinidir, onun ifadəsi alınıb. Amma hazırda istintaq davam etdiyi üçün bu barədə açıqlama verə bilmərəm”. 
Müsahibimiz R.Səfərovun necə həbs olunması barədə də danışdı. Dedi ki, yanvarın 15-də, səhər saatlarında onunla bağlı cinayət işinin qaldırılması barədə məlumat yayıldı. Ardınca isə saat 5 radələrində Korrupsiya qarşı Mübarizə İdarəsinə çaöırıldı: “Ondan sonra təqsirləndirilən şəxs qismində cəlb etdilər. Binəqədi rayon Məhkəməsinə gətirdiıər. Barəsində cinayət işi açıldı, 4 aylıq həbs qətimkan tədbiri seçildi”. 
B.Bayramov dedi ki, o, bu həbsin baş verəcəyini gözləyirdi.  İstefa verəndən sonra evində aparılan axtarışlar qanunsuz olub. R.Səfərov ona qarşı atılan bu addımın da istefası ilə bağlı olduğunu bilir.
Meydan TV-yə oğlunun həbsindən danışan Eldar Sabiroğlu onun rüşvət aldığına inanmır və bu həbsi R.Səfərovun istefa bəyanatı ilə əlaqələndirir:
“Günortadan sonra idi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini zəng edib idarəyə dəvət etdi. Rüfət də sual verdi ki, bu dəvət rəsmidir, ya qeyri-rəsmidir. Cavab verdi ki, qeyri-rəsmidir, rəhbərlik sizinlə görüşəcək. Bir azdan xəbər tutduq ki, məsələ başqadır, həbs etmək istəyirlər. Vəkillə danışdıq, maraqlandıq, məlum oldu ki, rüşvət alma maddəsi ilə cinayət işi başlayıblar.  Guya bu da 2014-2015-ci illərdə baş verib. Bildiyimə görə, dəyəri də 1500 manata yaxındı. Çox qəribədir, milyonlarla rüşvət alanlar bu gün öz kefindədi. Əgər olubsa, bəraət qazandıra bilmərəm, amma övladımın təmiz olduğu məndə bu gümanı yaradır ki, bəyanatından, istefasında sonra qurulmuş tələdir. Sual olunur: Əgər o, rüşvət alırdısa, niyə onun qeyri-qanuni fəaliyyəti, hüquqa qarşı kobud rəftarı indiyədək açılmırdı? Əksinə, nümunəvi işinə görə, müstəntiq kimi fəaliyyətinə görə baş prokuror ona fəxri-fərmanlar vermişdi? Bunların hamısı absurddur. İndiki reallıqda kimisə adamın üzünə durdurmaq çətin məsələ deyil. Sabah mənim də üzümə kimisə durdurarlar ki, adam öldürüb, rüşvət alıb. Bunlar qanunsuz işlərdir, amma nə edək ki, bugünkü cəmiyyətimizdə belədir”.
Qeyd edək ki, musavat.com-a müstəntiqin işdən ayrılması və daha sonra həbsinə dair fəqrqli versiya da axil olub. Hazırda həmin versiyanı təşkil edən faktların araşdırılması prosesi gedir

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın